Zidan: "Real"ın məğlubiyyətində mən günahkaram, bu mənim uğursuzluğumdur"

Zidan: "Real"ın məğlubiyyətində mən günahkaram, bu mənim uğursuzluğumdur" "Bizim vəziyyəti düzəltmək üçün 90 dəqiqə vaxtımız var idi, amma biz bunu etmədik"
Futbol
25 Yanvar , 2018 06:30
Zidan: Realın məğlubiyyətində mən günahkaram, bu mənim uğursuzluğumdur

Bakı. 25 yanvar. REPORT.AZ/ Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan komandanın İspaniya Kubokunun ¼ finalında evdə "Leqanes"ə uduzaraq (1:2) mübarizəni dayandırmasına münasibət bildirib.

“Report” yerli "Marca" nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis məğlubiyyətdə şəxsən özünü günahlandırıb.

"Aydındır ki, bu mənim şəxsi uğursuzluğumdur, çünki nəticəyə görə mən məsuliyyət daşıyıram. Bizim bugünkü oyunu yaxşı adlandırmaq olmaz, biz, xüsusilə birinci hissədə öz oyunumuzu oynamadıq və gərək olduğu kimi hərəkət etmədik.

Bu bütün bizim komanda üçün ağır gecə oldu. Biz, ilk növbədə isə mən bu məğlubiyyəti təhlil edəcəyəm, axı bu məğlubiyyətdə mən günahkaram. Bizim vəziyyəti düzəltmək üçün 90 dəqiqə vaxtımız var idi, amma biz bunu etmədik", - deyə "Marca" nəşri Zidanın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi