Zidan: "Neymar və Ronaldu bir yerdə oynaya bilər"

Zidan: "Neymar və Ronaldu bir yerdə oynaya bilər" "Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir"
Futbol
11 May , 2018 21:53
Zidan: Neymar və Ronaldu bir yerdə oynaya bilər

Bakı. 11 may. REPORT.AZ/ İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan hesab edir ki, braziliyalı Neymar Madrid klubuna keçəcəyi təqdirdə hücumçu Kriştianu Ronaldunun onunla oynamaqla bağlı heç bir problemi olmayacaq.

“Report” xəbər verir ki, fransalı məşqçinin sözlərini "Goal" nəşri sitat gətirib.

"İndi yalnız baş verənlərə görə narahatlıq hissi keçirirəm. Finaldan sonra gələcək mövsüm və hansı dəyişikliklərin baş verə biləcəyi barədə rəhbərliyimizlə danışacağıq. Ancaq indi Neymar və digər futbolçular barədə danışa bilmərəm".

Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir. Yadımdadır ki, Corkaeflə mənim bir yerdə oynaya bilməyəcəyimi deyirdilər, amma sonra Dünya kubokunu qazandıq. Yaxşı oyunçular həmişə birlikdə oynaya bilirlər. Meydanda komanda kimyası əhəmiyyətlidir.

"Real"ın Neymarın transferi ilə bağlı danışıqlar aparıb-aparmadığını bilmirəm. İndi bizi hazırda baş verənlər narahat edir. Mən bunu şəxsən Neymardan soruşmamışam, çünki bu işlərdə iştirak etmirəm. Biz bu mövsümü bitirməliyik, qalan digər məsələlərlə sonra məşğul olacağıq ", - deyə Zidan bildirib.

Son xəbərlər

Orphus sistemi