Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər Bakı. 1 avqust. REPORT.AZ/ İspaniyanın Real Madrid futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Futbol
1 Avqust , 2018 10:41
Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan / Getty Images
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016 - 2018-ci illərdə çalışıb. 46 yaşlı baş məşqçinin rəhbərliyi altında "kral klubu" digər titullarla yanaşı, 3 dəfə Çempionlar Liqasını qazanıb.

Son xəbərlər

Orphus sistemi