Zidan: “Çelsi”nin yarımfinala çıxması əbəs yerə deyil"

Zidan: “Çelsi”nin yarımfinala çıxması əbəs yerə deyil" İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin Londonun “Çelsi” komandası ilə matçın nəticələrini şərh edib
Futbol
28 Aprel , 2021 03:21
Zidan: “Çelsi”nin yarımfinala çıxması əbəs yerə deyil
Zinəddin Zidan

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin Londonun “Çelsi” komandası ilə matçın nəticələrini şərh edib.

“Report” xəbər verir ki, baş məşqçi matçın birinci və ikinci hissələrinin fərqli keçdiyini vurğulayıb.

"Birinci hissə çox ağır alındı, amma ikinci hissədə təşəbbüsü ələ almağı bacardıq. Rəqib sürətli oynayırdı, onların yaxşı futbolçuları var, matça çox yaxşı başlamağa müvəffəq oldular. Ancaq oyunun ikinci yarısında biz vəziyyətə nəzarət etməyə başladıq.

Bu qarşıdurmada mübarizəmizi davam etdiririk və ümumiyyətlə nümayiş etdirilən oyundan razıyıq. Səfərdə yaxşı oynayırıq, yüksək pressinq tətbiq edirik. “Çelsi”nin yarımfinala çıxması əbəs yerə deyil - əla komandadır. Cavab oyunu “döyüş” olacaq”, - Zidan deyib.

Qeyd edək ki, görüş İspaniyanın paytaxtındakı "Alfredo Di Stefano" stadionunda boş tribunalar qarşısında keçirilib və 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Cavab matçı Londonda mayın 5-də olacaq.

Son xəbərlər

Orphus sistemi