KİV: "Zenit" tanınmış mütəxəssislə danışıqlar aparır

KİV: "Zenit" tanınmış mütəxəssislə danışıqlar aparır İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino Rusiya "Zenit"inə rəhbərlik edə bilər.
Futbol
26 Oktyabr , 2020 18:55
KİV: Zenit tanınmış mütəxəssislə danışıqlar aparır
Maurisio Poçettino

İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino Rusiya "Zenit"inə rəhbərlik edə bilər.

"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 48 yaşlı mütəxəssislə danışıqlar aparır.

Klub Poçettinoya bonuslardan əlavə ildə 6,5 milyon avro ödəməyə hazırdır. "Zenit" hazırkı baş məşqçi Sergey Semak istefa verəcəyi təqdirdə rusiyalı məşqçilərin namizədliyini nəzərdən keçirməyəcək.

Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.

Son xəbərlər

Orphus sistemi