İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun qalibi mükafatlandırılıb.
"Report"un məlumatına görə, finalda "Xocavənd"i məğlub edən "Ağdam" komandasında Zəfər Kuboku, 2 000 manat pul mükafatı verilib.
"Xocavənd" isə 1 200 manat pul mükafatı əldə edib. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunublar.
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun bombardirləri və ən yaxşı oyunçuları mükafatlandırılıb.
Eyni zamanda, Mətbuat Şurasının sədri Əflatun Amaşov turnirin ən yaxşı qapıçısı Ramiz Mirzəzadə ("Xocavənd"), hərəyə 9 qolla ən məhsuldar oyunçular - Mirbağırağa Cəfəri ("Ağdam") və Sərxan İbrahimoğlu ("Xocavənd"), həmçinin turnirin ən yaxşı futbolçusu M.Cəfəriyə pul mükafatı təqdim edib.
Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alıblar. Həmçinin, "Report" İnformasiya Agentliyi turnirin işıqlandırmarılmasındakı dəstəyinə görə xüsusi mükafatla təltif olunub. Mükafat "Report"un direktoru Fuad Hüseynəliyevə təqdim edilib.
Qeyd edək ki, "Ağdam" həlledici qarşılaşmada "Xocavənd"ə 3:1 hesabı ilə qalib gələrək, çempion olub.