SOCAR-dan Türkiyə idmanına sponsorluq açıqlaması

SOCAR-dan Türkiyə idmanına sponsorluq açıqlaması SOCAR-ın Türkiyə komandalarına sponsorluq edəcəyinə dair iddialar yalandır
Futbol
17 May , 2021 14:55
SOCAR-dan Türkiyə idmanına sponsorluq açıqlaması

"SOCAR-ın Türkiyənin futbol komandalarına sponsorluq edəcəyinə dair iddialar yalandır".

Bu barədə "Report"a SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Z.Qəhrəmanov az qala hər həftə bu məsələ ilə bağlı təkzib açıqlaması verdiklərini xatırladıb.

O, İzmirdə Aliağa yarımadasındakı basketbol üzrə bələdiyyə komandasına çoxdan sponsorluq etdiklərini deyib: "Petkim Spor Klubu bu şirkəti özəlləşdirməmişdən əvvəl bizdə idi. Hazırda hansısa komandaya sponsorluq etməklə bağlı layihə yoxdur".

Son xəbərlər

Orphus sistemi