Zaur Qəhrəmanov: "Neftçi" də "Xəzər Lənkəran"ın taleyini yaşaya bilərdi"

Zaur Qəhrəmanov: "Neftçi" də "Xəzər Lənkəran"ın taleyini yaşaya bilərdi" Flaqman son 5 ildə dağılmaq təhülkəsi ilə üz-üzə olub
Futbol
134
24 May , 2021 15:33
Zaur Qəhrəmanov: Neftçi də Xəzər Lənkəranın taleyini yaşaya bilərdi
Zaur Qəhrəmanov

"Klubun borcu çox idi. Onları qaytarmaq 1 ilin işi deyildi. Yalnız ötən il bütün borcumuzu bağladıq. Bu, heç kimin günahı deyil".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klub televiziyasında yayımlanan "Hömsöhbət" verilişində deyib.

O bildirib ki, flaqman son 5 ildə dağılma təhlükəsi ilə üz-üzə olub: "Neftçi" də "Xəzər Lənkəran", "Kəpəz" və "Bakı" kimi böyük klubların aqibətini yaşaya bilərdi. Amma çətin vaxtda SOCAR və AFFA-dan bizə böyük dəstək gəldi. Emil Mpenzanın işi ilə bağlı kluba böyük cəza verilə bilərdi. Amma milli assosiasiyanın nüfuzundan istifadə edərək, cəzanı yüngülləşdirməyə nail olduq. "Bakcell Arena"nın bizə verilməsində AFFA-nın rolu var. Bizi dəstəkləyən insanlar üzə çıxdı və klubu ayaqda saxladı".

Qeyd edək ki, "Neftçi" 2020/2021 mövsümünü birinci pillədə tamamlayaraq, 9-cu çempionluğunu qazanıb.

Son xəbərlər

Orphus sistemi