"Yuventus" yeni baş məşqçi axtarışına start verdi

"Yuventus" yeni baş məşqçi axtarışına start verdi İtaliyalı mütəxəssisin taleyi komandanın Çempionlar Liqasındakı çıxışından daha çox asılı olacaq. Turin klubu rəsmilərinin prioritet variantı Zinəddin Zidandır
Futbol
719
5 Avqust , 2020 18:14
Yuventus yeni baş məşqçi axtarışına start verdi

İtaliya "Yuventus"unun rəhbərliyi baş məşqçi Mauritsio Sarrinin istefaya göndərilməsini nəzərdən keçirir və onun yerinə namizəd axtarışları ilə məşğuldur. 

"Report"un "Tuttomercatoweb"ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin taleyi komandanın Çempionlar Liqasındakı çıxışından daha çox asılı olacaq. Turin klubu rəsmilərinin prioritet variantı Zinəddin Zidandır. Lakin Zidan İspaniya "Real Madrid"ini tərk etməyi planlaşdırmır. "Qoca Sinyora"nın qısa siyahısında Maurisio Poçettino və Simone İnzagi də yer alıb. 

Qeyd edək ki, Mauritsio Sarri "Yuventus"a 2019-cu ilin yayında baş məşqçi təyin olunub. O, komanda ilə A Seriyasının qalibi olub. Sarrinin hazırkı müqaviləsi 2022-ci ilin iyununadəkdir. Daha əvvəl "İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"a qayıdacağına dair şayiələri təkzib edib. 

Orphus sistemi