"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ

"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ İtaliya Yuventusu qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb.
Futbol
29 İyun , 2020 18:52
Yuventus yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ

İtaliya "Yuventus"u qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki oyunçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb. 

Buffon Turin komandasında 2001-ci ildən çıxış edir. O, 2018-ci ilin yayında Fransa PSJ-sinə keçsə də, bir il sonra doğma klubuna qayıdıb. 42 yaşlı qolkiper cari mövsümdə 11 oyunda 9 top buraxıb və 3 qarşılaşmada qapını toxunulmaz saxlayıb.  

35 yaşlı Kyellini isə "Yuventus"un heyətində 8 dəfə İtaliya çempionluğu, 3 dəfə ölkə kuboku və 4 dəfə Superkuboku əldə edib. 

Son xəbərlər

Orphus sistemi