"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib "Çelsi"nin futbolçusu Turin klubunda icarə əsasında çıxış edirdi
Futbol
23 May , 2017 01:25
Yuventus Xuan Quadradonu 20 mln. avroya transfer edib
espnfc.com.ng

Bakı. 23 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu "Çelsi"nin kolumbiyalı yarımmüdafiəçisi Xuan Quadradonu transfer edib.

"Report" xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu bunadək komandada icarə əsasında çıxış edib.

Xuan Quadrado İngiltərə klubundan 20 milyon avroya transfer olunub. Quadrado "Yuventus"la 30 iyun 2020-ci ilədək müqavilə imzalayıb.

Futbolçu cari mövsümdə İtaliya A Seriyasında keçirdiyi 29 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi