“Yuventus” uruqvaylı futbolçu ilə müqaviləni uzadıb

“Yuventus” uruqvaylı futbolçu ilə müqaviləni uzadıb Turinin “Yuventus” klubu uruqvaylı yarımmüdafiəçi Rodriqo Bentankur ilə yeni müqavilənin imzalandığını bəyan edib.
Futbol
23 İyun , 2019 06:41
“Yuventus” uruqvaylı futbolçu ilə müqaviləni uzadıb

Turinin “Yuventus” klubu uruqvaylı yarımmüdafiəçi Rodriqo Bentankur ilə yeni müqavilənin imzalandığını bəyan edib.

"Report" komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı kavbek ilə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.

Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayında başa çatır.

Bentankur “Yuventus”a 2017-ci ildə Argentinanın “Boka Xuniors” klubundan keçib. O, cari mövsümdə "byankonyeri"lərin heyətində 40 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi