“Yuventus”un yeni baş məşqçisi məlum oldu

“Yuventus”un yeni baş məşqçisi məlum oldu İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Futbol
8 Avqust , 2020 22:23
“Yuventus”un yeni baş məşqçisi məlum oldu

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib.

41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Onun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulur.

Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.

Son xəbərlər

Orphus sistemi