"Yuventus"un sabiq hücumçusu "Fənərbağça"ya keçdi

"Yuventus"un sabiq hücumçusu "Fənərbağça"ya keçdi Türkiyənin "Fənərbağça" klubu yeni futbolçu ilə gücləndirib.
Futbol
18 Avqust , 2020 11:10
Yuventusun sabiq hücumçusu Fənərbağçaya keçdi
Mame Baba Tiam

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report" İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, komanda son olaraq "Kasımpaşa"da çıxış edən Mame Baba Tiamı heyətinə qatıb. 

28 yaşlı seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Mame Baba Tiam 2014 - 2017-ci illərdə müqavilə ilə İtaliya "Yuventus"una məxsus olub. Afrikalı oyunçu əsas komandada debüt edə bilməyib və müxtəlif klublara icarəyə verilib. 

Son xəbərlər

Orphus sistemi