"Yuventus"un sabiq futbolçusuna silahlı hücum olub

"Yuventus"un sabiq futbolçusuna silahlı hücum olub İtaliyanın Yuventus və İspaniyanın Real Sosyedad klubunun sabiq futbolçusu Darko Kovaçeviç Yunanıstanın paytaxtı Afinadakı evinin qarşısında silahlı hücuma məruz qalıb.
Futbol
8 yanvar 2020 10:33
Yuventusun sabiq futbolçusuna silahlı hücum olub

İtaliyanın "Yuventus" və İspaniyanın "Real Sosyedad" klubunun sabiq futbolçusu Darko Kovaçeviç Yunanıstanın paytaxtı Afinadakı evinin qarşısında silahlı hücuma məruz qalıb.

"Report" "CNN Greece"ə istinadən xəbər verir ki, 47 yaşlı sabiq hücumçu naməlum şəxsin maşından düşərək onu silahla hədəf aldığını söyləyib. Kovaçeviç yayınmaq üçün yerə yıxılıb, biləyindən və dizindən xəsarət alıb. Atəş açan şəxsin yanında daha bir nəfər olub. 

Cinayətkarların qaçdığı maşın Afinada yanmış vəziyyətdə tapılıb. 

Qeyd edək ki, Darko Kovaçeviç 1999-2011-ci illərdə "Yuventus"da çıxış edib. O, əsasən, 2002-2007-ci illərdə "Real Sosyedad"dakı oyununa görə tanınıb. Forvard Yuqoslaviya, Serbiya və Çernoqoriya yığmalarının da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi