"Yuventus"un sabiq futbolçusu marixuana yetişdirdiyi üçün həbs olundu

"Yuventus"un sabiq futbolçusu marixuana yetişdirdiyi üçün həbs olundu İtaliya millisinin sabiq futbolçusu Luici Sartor maliyyə polisi tərəfindən həbs olunub
Futbol
16 Fevral , 2021 18:37
Yuventusun sabiq futbolçusu marixuana yetişdirdiyi üçün həbs olundu

İtaliya millisinin sabiq futbolçusu Luici Sartor maliyyə polisi tərəfindən həbs olunub.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi marixuana kolu yetişdirməkdə günahlandırılır.

Onun köməkçisi ilə birlikdə Parma dağlarındakı tərk edilmiş kottecdə narkotik bitkilər becərdiyi üzə çıxıb.

Qeyd edək ki, futbolçu karyerasında yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor "Yuventus", "İnter" və "Roma" kimi məşhur komandalarda çıxış edib. O, yığmada 2 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi