"Yuventus"un prezidenti Ronaldunu rekordu münasibətilə mükafatlandırıb

"Yuventus"un prezidenti Ronaldunu rekordu münasibətilə mükafatlandırıb Futbol üzrə İtaliya A Seriyasının XXVIII turunun matçında "Yuventus" "Benevento" qəbul edir
Futbol
236
21 Mart , 2021 19:26
Yuventusun prezidenti Ronaldunu rekordu münasibətilə mükafatlandırıb
Andrea Anyelli və Kriştianu Ronaldu

Futbol üzrə İtaliya A Seriyasının XXVIII turunun matçında "Yuventus" "Benevento"nu qəbul edir.

“Report” xəbər verir ki, görüş Turində, "Alyans-Yuventus" stadionunda keçirilir. Matçda fasiləyə qədər hesab açılmayıb.

Turin klubunun mətbuat xidməti tvitterdəki hesabında bildirib ki, "Yuventus" klubunun prezidenti Andrea Anyelli görüşünün başlamasından əvvəl komandanın hücumçusu Kriştianu Ronaldunu yeni nailiyyəti - 36 yaşlı portuqaliyalının əfsanəvi braziliyalı Pelenin karyerası ərzində qollarının sayı üzrə mütləq rekordunu üstələməsi münasibətilə təbrik edib.

Anyelli Ronalduya 770 nömrəli (futbolçunun karyerası ərzində vurduğu qolların sayı - red) və G.O.A.T (“Greatest Of All Time” - bütün vaxtlarda ən böyük – red) yazısının olduğu futbolkanı hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi