İtaliyanın "Yuventus" kollektivinin futbolçusu Arkadiuş Milik 2024-cü ildə meydana çıxa bilməyəcək.
"Report"un məlumatına gröə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindəki zədəyə görə Almaniyada keçirilən Avropa çempionatından kənarda qalan polşalı futbolçunun sağalma prosesi gecikir.
Aparılan müayinələrdən sonra onun cari il futbol oynaya bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, A.Milik "Yuventus"un heyətində 75 rəsmi oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə verib.