"Yuventus"un futbolçusu Qətər klubuna transfer olunub - VİDEO

"Yuventus"un futbolçusu Qətər klubuna transfer olunub - VİDEO Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun mərakeşli müdafiəçisi Mehdi Benatia Qətərin Əl-Duhayl komandasına keçib.
Futbol
2479
29 Yanvar , 2019 03:36
Yuventusun futbolçusu Qətər klubuna transfer olunub - VİDEO

Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun mərakeşli müdafiəçisi Mehdi Benatia Qətərin "Əl-Duhayl" komandasına keçib.

“Report” xəbər verir ki, bu barədə Turin klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Futbolçunun transfer qiyməti 8 milyon avro təşkil edib. Bu məbləğ 2019-cu ilin oktyabrınadək iki dəfəyə ödəniləcək. Məbləğ bonuslar hesabına daha 2 milyon avro arta bilər.

31 yaşlı Benatia "Yuventus"a 2016-cı ildə "Bavariya"dan 3 mln. avroya icarə əsasında keçib. Bir ildən sonra İtaliya klubu futbolçunun transfer hüququnu 17 mln. avroya alıb. Müdafiəçi Turin komandasında ümumilikdə 59 oyunda meydana çıxıb və 5 qol vurub. O, "Yuventus"un heyətində iki dəfə İtaliya çempionu, iki dəfə də İtaliya Kubokunun qalibi olub. Benatia bunadək "Marsel", "Tur", "Loryan", "Klermon", "Udineze" və "Roma" kimi komandaların şərəfini qoruyub. O, Mərakeş yığmasında 55 oyun keçirib və 2 qolun müəllifi olub.

Son xəbərlər

Orphus sistemi