"Yuventus"un futbolçusu avtomobil qəzasına səbəb olub

"Yuventus"un futbolçusu avtomobil qəzasına səbəb olub İtaliyanın "Yuventus" klubunun futbolçusu Artur Melo avtomobil qəzasına düşüb
Futbol
480
22 Sentyabr , 2021 17:19
Yuventusun futbolçusu avtomobil qəzasına səbəb olub
Artur Melo

İtaliyanın "Yuventus" klubunun futbolçusu Artur Melo avtomobil qəzasına düşüb.

"Report"un "Football Italia"ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Turin şəhərində baş verib.

Qəzada ciddi xəsarət alan olmayıb. Braziliyalı oyunçunun qəzanın səbəbkarı olduğu bildirilib. Melonun idarə etdiyi "Ferrari" markalı avtomobilə ziyan dəyib. Futbolçu tibbi müayinə üçün xəstəxanaya yollanıb.

Qeyd edək ki, Artur Melo "Yuventus"a 2020-ci ilin yayında İspaniya "Barselona"sından keçib.

Son xəbərlər

Orphus sistemi