"Yuventus"un əsas hücumçuları "Çelsi" ilə oyunu buraxacaq

"Yuventus"un əsas hücumçuları "Çelsi" ilə oyunu buraxacaq İtaliya "Yuventus"unun iki əsas futbolçusu İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda iştirak etməyəcək
Futbol
262
27 Sentyabr , 2021 16:55
Yuventusun əsas hücumçuları Çelsi ilə oyunu buraxacaq
Alvaro Morata və Paulo Dibala

İtaliya "Yuventus"unun iki əsas futbolçusu İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda iştirak etməyəcək.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçular - Paulo Dibala və Alvaro Morata zədə səbəbindən matçı buraxacaq.

Hər iki oyunçu "Sampdoriya"nı 3:2 hesabı ilə məğlub etdikləri A Seriyasının VI tur qarşılaşmasında sıradan çıxıb. Onlar oktyabrda milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra sıraya dönəcəklər.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq "Yuventus" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi