“Yuventus”un daha bir oyunçusunda koronavirus aşkarlandı

“Yuventus”un daha bir oyunçusunda koronavirus aşkarlandı “Yuventus” futbol klubunun müdafiəçisi Matteys de Liqt koronavirusa yoluxub.
Futbol
294
8 Yanvar , 2021 22:02
“Yuventus”un daha bir oyunçusunda koronavirus aşkarlandı
Matteys de Liqt

İtaliyanın "Yuventus" klubunun futbolçusu Matteys de Liqt koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, protokolla nəzərdə tutulmuş yoxlamaların gedişatında hollandiyalı müdafiəçinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. 22 yaşlı oyunçu karantinə alınıb.

Qeyd edək ki, "Yuventus" yanvarın 10-da İtaliya A Seriyasının XVII tur matçında "Sassuolo"nu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Daha əvvəl COVID-19 Aleks Sandro və Xuan Kuadradoda aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi