"Yuventus" Turin derbisində qələbə qazana bilməyib

"Yuventus" Turin derbisində qələbə qazana bilməyib İtaliya A Seriyasında XXVI tura Turin derbisi ilə start verilib.
Futbol
18 fevral 2022 21:44
Yuventus Turin derbisində qələbə qazana bilməyib

İtaliya A Seriyasında XXVI tura Turin derbisi ilə start verilib.

"Report"un məlumatına görə, "Alyans Stadium"da "Yuventus" və "Torino" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Matteys de Liqt açıb. Cavab topunu isə 62-ci dəqiqədə Andrea Belotti vurub.

Bu nəticədən sonra xalını 47-yə çatdıran "Yuventus" 4-cü, 25 oyundan 33 xala malik "Torino" isə 10-cu pillədədir.

Son xəbərlər

Orphus sistemi