"Yuventus" səfərdə "Verona"ya qalib gələ bilmədi

"Yuventus" səfərdə "Verona"ya qalib gələ bilmədi ​​​​​​​"Verona" İtaliya A Seriyasının 24-cü turunun matçında "Yuventus"u qəbul edib
Futbol
167
28 Fevral , 2021 04:33
Yuventus səfərdə Veronaya qalib gələ bilmədi

"Verona" İtaliya A Seriyasının 24-cü turunun matçında "Yuventus"u qəbul edib.

“Report” xəbər verir ki, matç Veronadakı "Mark - Antonio Benteqodi" stadionunda keçirilib və 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesab 49-cu dəqiqədə açılıb. “Yuventus”un hücumçusu Kriştianu Ronaldu yarımmüdafiəçi Federiko Kyezanın ötürməsini qola çevirib. Bu, 36 yaşlı portuqaliyalının cari çempionatda 19-cu qolu olub.

"Verona" “turinlilər”ə 77-ci dəqiqədə sürətli hücumla cavab verə bilib. Yarımmüdafiəçi Antonin Barak Darko Lazoviçin ötürməsi ilə hesabı bərabərləşdirib.

Beləliklə, "Yuventus" 23 görüşdə 46 xal yığıb və İtaliya A Seriyasının yarış cədvəlində üçüncü yer tutur. "Verona" 35 xalla doqquzuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi