"Yuventus" səfərdə "Roma" üzərində əzmkar qələbə qazanıb

"Yuventus" səfərdə "Roma" üzərində əzmkar qələbə qazanıb İtaliya A Seriyasının XXI turunda "Roma" və "Yuventus" komandaları arasındakı görüş məhsuldar və dramatik alınıb.
Futbol
9 Yanvar , 2022 23:33
Yuventus səfərdə Roma üzərində əzmkar qələbə qazanıb

İtaliya A Seriyasının XXI turunda "Roma" və "Yuventus" komandaları arasındakı görüş məhsuldar və dramatik alınıb.

"Report"un məlumatına görə, paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 4:3.

Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Temmi Abraham açıb. 18-ci dəqiqədə Paulo Dibala bərabərlik qolunu vursa da, 48-ci dəqiqədə Henrix Mxitaryan, 53-cü dəqiqədə Lorentso Pelleqrini "Roma"nı yenidən irəli çıxarıb. Bununla belə, "Yuventus" qısa müddətdə 3 qol vuraraq, hesabı öz xeyrinə dəyişməyi bacarıb. Manuel Lokatelli 70-ci, Deyan Kulusevski 74-cü, Matteys De Şilyo 77-ci dəqiqədə fərqlənib.

81-ci dəqiqədə isə De Şilyo əllə oynayaraq, qırmızı vərəqə alıb və penaltiyə səbəbkar olub. Lakin Pelleqrininin zərbəsini qapıçı Voytsex Şensnı qaytarmağı bacarıb.

Beləliklə, "Yuventus" bu qələbə sayəsində xalını 38-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. "Roma" isə 32 xalla 8-cidir.

Son xəbərlər

Orphus sistemi