"Yuventus" sabiq futbolçusunu qaytarır

"Yuventus" sabiq futbolçusunu qaytarır İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Futbol
12 Avqust , 2020 17:19
Yuventus sabiq futbolçusunu qaytarır
Rolando Mandraqora

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirir. 

"Report" "Sportitalia" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi "Udineze"də çıxış edən Rolando Mandraqoranı heyətinə qatacaq. 

İtaliya çempionu sentyabrın 1-də futbolçu ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, 2016 - 2018-ci illərdə "Yuventus"da çıxış edən Rolando Mandraqora cari mövsüm "Udineze"nin heyətində 28 oyun keçirib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi