"Yuventus" Ronaldusuz ilk görüşündə öz meydanında uduzub

"Yuventus" Ronaldusuz ilk görüşündə öz meydanında uduzub "Yuventus" komandası İtaliya A Seriyasının II tur matçında evdə "Empoli"yə minimal hesabla uduzub.
Futbol
29 Avqust , 2021 01:24
Yuventus Ronaldusuz ilk görüşündə öz meydanında uduzub

"Yuventus" komandası İtaliya A Seriyasının II tur matçında evdə "Empoli"yə minimal hesabla uduzub.

"Report"un məlumatına görə, bu, Kriştianu Ronaldunun İngiltərə "Mançester Yunayted"inə transferindən sonra Turin komandasının ilk oyunu olub. Yeganə topun müəllifi Leonardo Mankuzo olub. O, 21-ci dəqiqədə fərqlənib.

2 turdan sonra "Yuventus" 1 xala malikdir. "Empoli" üçün isə bu, ilk qələbə olub. Turnir cədvəlinə "Latsio" və "İnter" hərəyə 2 qələbə ilə başçılıq edir.

Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"ə 11 ildən sonra qayıdıb. O, ötən mövsüm 29 qolla A Seriyasının bombardiri olub.

Son xəbərlər

Orphus sistemi