"Yuventus" Ronaldunun klubdakı taleyinə aydınlıq gətirdi

"Yuventus" Ronaldunun klubdakı taleyinə aydınlıq gətirdi İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı açıqlama verib.
Futbol
2282
1 İyul , 2021 17:25
Yuventus Ronaldunun klubdakı taleyinə aydınlıq gətirdi
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı açıqlama verib.

"Report"un məlumatına görə, funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.

Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.

O, Ronaldunun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi