"Yuventus" Ronaldunu bugünkü oyuna buraxmayacaq

"Yuventus" Ronaldunu bugünkü oyuna buraxmayacaq Yuventus klubu özünün Twitterdəki səhifəsində İtaliya A seriyasının 24-cü turunun Breşiyaya qarşı matçının heyətini açıqlayıb.
Futbol
16 Fevral , 2020 10:44
Yuventus Ronaldunu bugünkü oyuna buraxmayacaq

"Yuventus" klubu özünün "Twitter"dəki səhifəsində İtaliya A seriyasının 24-cü turunun "Breşiya"ya qarşı matçının heyətini açıqlayıb.

“Report” xəbər verir ki, hücumçu Kriştianu Ronaldunun adı Turin klubunun siyahısına salınmayıb.

"Yuventus"un siyahısında Şensnının, Pinsolyonun, Buffonun, De Şilyonun, Kyellininin, De Liqtin, Aleks Sandronun, Danilonun, Bonuççinin, Ruqaninin, Ueslinin, Pyaniçin, Remzinin, Matyuidinin, Rabonun, Bentankurun, Dibalanın, Kuadradonun, İquainin, Oliverinin adları var.

İtaliya çempionatının 24-cü turunun "Yuventus" - "Breşiya" matçı bu gün, Turindəki "Alyans" stadionunda. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Yuventus”u 23 matçda 54 xal toplayaraq İtaliya A Seriyasının yarış cədvəlində 2-ci yeri tutur. "Breşiya" turnir cədvəlində 16 xalla sonuncu yerlərdən birində - 19-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi