"Yuventus" Ronaldunu 39 yaşınadək komandada saxlamaq istəyir

"Yuventus" Ronaldunu 39 yaşınadək komandada saxlamaq istəyir İtaliyanın Yuventus klubu futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni uzatmaq niyyətindədir.
Futbol
188
15 Mart , 2020 23:30
Yuventus Ronaldunu 39 yaşınadək komandada saxlamaq istəyir
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubu futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni uzatmaq niyyətindədir. 

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, Turin təmsilçisi portuqaliyalı hücumçu ilə 2024-cü ilin yayınadək anlaşma əldə etmək istəyir.

Beləliklə, sözləşmə baş tutsa, Ronaldu 39 yaşınadək "ağ-qara" formanı geyinəcək. Hələlik klubun 35 yaşlı forvarda hansı şərtləri təklif edəcəyi bilinmir. Hazırda təcrübəli oyunçunun illik əmək haqqı 31 milyon avrodur.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib. O, cari mövsümdə A Seriyasında 22 oyuna 21 qol (7-si penaltidən) vurub və 3 məhsuldar ötürmə verib. Ronaldunun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayınadək qüvvədədir. 

Son xəbərlər

Orphus sistemi