"Yuventus" Ronaldu ilə vidalaşıb

"Yuventus" Ronaldu ilə vidalaşıb İtaliya "Yuventus"u İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldu ilə vidalaşıb.
Futbol
31 Avqust , 2021 10:44
Yuventus Ronaldu ilə vidalaşıb
Kriştianu Ronaldu

İtaliya "Yuventus"u İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldu ilə vidalaşıb.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" 36 yaşlı hücumçuya təşəkkür edib.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi