"Yuventus" pandemiyadan 50 milyon avro itirib

"Yuventus" pandemiyadan 50 milyon avro itirib İtaliya "Yuventus"u 2020/2021 mövsümünün ilk yarısı üçün maliyyə hesabatını təqdim edib.
Futbol
25 Fevral , 2021 22:45
Yuventus pandemiyadan 50 milyon avro itirib

İtaliya "Yuventus"u 2020/2021 mövsümünün ilk yarısı üçün maliyyə hesabatını təqdim edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionu 6 ay ərzində 113,7 milyon avro itki ilə üzləşib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 milyon avro çoxdur.

Mədaxil 322,3 milyon avro, mənfəət isə 258,3 milyon avro təşkil edib.

Klub hesab edir ki, koronavirus zərərin 50 milyon avroyadək yüksəlməsinə ciddi təsir göstərib.

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 22 oyundan 45 xalla 3-cü pillədə yer alıb. Komandanın ehtiyatda bir oyunu da var. İlk 2 pillədə 23 oyundan 53 xala malik "İnter" və 49 xalı olan "Milan" qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi