"Yuventus" "Milan"la oyuna ciddi itkilərlə çıxacaq

"Yuventus" "Milan"la oyuna ciddi itkilərlə çıxacaq Yuventus İtaliya kubokunun yarımfinal mərhələsinin Milanla bugünkü oyunu üçün iştirak ərizəsini açıqlayıb.
Futbol
264
12 İyun , 2020 18:43
Yuventus Milanla oyuna ciddi itkilərlə çıxacaq

"Yuventus" İtaliya kubokunun yarımfinal mərhələsinin "Milan"la bugünkü oyunu üçün iştirak ərizəsini açıqlayıb.

"Report"un Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "qoca sinyora" matça ciddi itkilərlə çıxacaq.

Komandanın heyətində müdafiəçilər Corco Kyellini, Merih Demiral, yarımmüdafiəçi Aaron Remsi və hücumçu Qonsalo İquain "Milan"a qarşı oynaya bilməyəcəklər. Onlar zədə səbəbindən matçı buraxacaqlar.

Qeyd edək ki, "Yuventus" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi