"Yuventus" "Latsio" üzərində əzmkar qələbə qazanıb

"Yuventus" "Latsio" üzərində əzmkar qələbə qazanıb Bakı. 28 yanvar. REPORT.AZ/ İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü Latsio və Yuventus komandaları arasında keçirilib.
Futbol
27 yanvar 2019 21:39
Yuventus Latsio üzərində əzmkar qələbə qazanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Latsio" "Yuventus" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 59-cu dəqiqədə Turin təmsilçisinin futbolçusu Emre Can açıb. Lakin o, topu öz qapısına göndərib. Lakin 74-cü dəqiqəJoau Kanselu bərabərlik qolunu vurub. 88-ci dəqiqədə isə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində xallarını 59-a çatdıran "Yuventus" liderliyini daha da möhkəmlədib. 32 xalı olan "Latsio" isə 8-cidir.

Daha əvvəl bildirilib ki, İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Qonsalo İquainlə müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi