“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı

“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı ​​​​​​​İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib
Futbol
7 Mart , 2021 02:51
“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı

İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib.

“Report”un məlumatına görə, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.

Lakin matçın davamında “Qoca Sinyora”nın futbolçuları fərqlənib. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb. İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə dubl edib.

Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.

Son xəbərlər

Orphus sistemi