"Yuventus" İtaliya millisinin futbolçusunu transfer edir

"Yuventus" İtaliya millisinin futbolçusunu transfer edir İtaliyanın "Sassuolo" klubunda çıxış edən Manuel Lokatelli "Yuventus"a keçməyə çox yaxındır
Futbol
136
23 İyun , 2021 10:11
Yuventus İtaliya millisinin futbolçusunu transfer edir
Manuel Lokatelli

İtaliyanın "Sassuolo" klubunda çıxış edən Manuel Lokatelli "Yuventus"a keçməyə çox yaxındır.

"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, Turin təmsilçisi iki gün ərzində bu transferi açıqlayacaq. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Lokatelli yeni klubunda illik 3 milyon avro maaş alacaq.

Qeyd edək ki, hazırda Avropa çempionatında İtaliya millisinin düşərgəsində yer alan Manuel Lokatelli ötən mövsüm "Sassuolo"nın heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi