"Yuventus" komandası İtaliya çempionatının XXXI turu çərçivəsində səfərdə "İnter"ə 1:0 hesabı ilə uduzub.
“Report” xəbər verir ki, görüşdə yeganə qolu birinci hissənin sonlarında türkiyəli yarımmüdafiəçi Hakan Çalxanoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək vurub.
Qeyd edək ki, Massimiliano Alleqrinin yetirmələri sonuncu dəfə İtaliya çempionatında 2021-ci il noyabrın 27-də “Atalanta” ilə matçda məğlub olub. Beləliklə, dünənki oyundan sonra Turin klubunun 16 oyunluq məğlubiyyətsiz seriyası kəsilib. Komanda bu müddət ərzində keçirdiyi oyunların 11-də qələbə qazanıb, 5 dəfə heç-heçə edib.
Bu matçdan sonra "Yuventus" 59 xal toplayıb və turnir cədvəlində 4-cü yerdədir. "İnter" “Yuventus”dan 4 xal geri qalır.