"Yuventus" İtaliya kubokunun 1/4 finalına çıxıb

"Yuventus" İtaliya kubokunun 1/4 finalına çıxıb Yuventus Udinezeni darmadağın edərək İtaliya kubokunun 1/4 finalına çıxıb.
Futbol
16 Yanvar , 2020 01:47
Yuventus İtaliya kubokunun 1/4 finalına çıxıb

"Yuventus" "Udineze"ni darmadağın edərək İtaliya kubokunun 1/4 finalına çıxıb. 

"Report" xəbər verir ki, qarşılaşma "Yuventus"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.  

“Yuventus” azakeşlərini Qonsalo İquain, Paulo Dibala (dubl ilə) və Duqlas Kosta sevindiriblər.  

Matçda birinci qol 16-cı dəqiqədə vurulub. Paulo Dibalanın ötürməsindən sonra Qonsalo İquain qonaqları məyus edib.10 dəqiqə sonra Dibala özü penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 57-ci dəqiqəsində o, növbəti dəfə fərqlənib.

Görüşdə son nöqtəni Duqlas Kosta qoyub. Braziliyalı 61-ci dəqiqədə daha bir 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

"Yuventus" bu qələbə ilə İtaliya Kubokunun 1/4 finalına adlayıb. Daha əvvəl yarışın ən yaxşı komandalarından "Napoli", "Latsio", "Fiorentina", "İnter", "Milan" və "Torino" rəqiblərini üstələyərək 1/4 finala çıxıblar. 

Son xəbərlər

Orphus sistemi