"Yuventus" İtaliya çempionatında ardıcıl 8-ci qələbəsini qazanıb

"Yuventus" İtaliya çempionatında ardıcıl 8-ci qələbəsini qazanıb Bakı. 6 oktyabr. REPORT.AZ/ Turinin Yuventus klubu futbol üzrə İtaliya çempionatının 8-ci turunda səfərdə Udineze üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Futbol
6 Oktyabr , 2018 22:05
Yuventus İtaliya çempionatında ardıcıl 8-ci qələbəsini qazanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Turinin "Yuventus" klubu futbol üzrə İtaliya çempionatının 8-ci turunda səfərdə "Udineze" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, qarşılaşma Udine şəhərinin "Friuli" stadionunda baş tutub.

Hər iki qol birinci hissədə vurulub. Matçın 33-cü dəqiqəsində Rodriqo Bentankur, 37-ci dəqiqəsində isə Kriştianu Ronaldu fərqlənib.

Bu qələbə "Yuventus"un A Seriyasında ardıcıl 8-ci qələbəsi olub. Turin komandası turnir cədvəlində ən yaxın izləyicisini 9 xal qabaqlamaqla inamlı liderliyini davam etdirməkdədir.

Bundan əlavə, "Yuventus" mövsümün startında ardıcıl 10 qələbə qazanmaqla (A Seriyasında 8, Çempionlar Liqasında 2 qələbə) yeni klub rekordu müəyyən edib.

İtaliya A Seriyası, 8-ci tur

"Udineze" – "Yuventus" - 0:2

Qollar: 0:1 – Bentankur – 33, 0:2 – Ronaldu – 37

Son xəbərlər

Orphus sistemi