"Yuventus" İsveç millisinin futbolçusu ilə müqavilə imzalayacaq

"Yuventus" İsveç millisinin futbolçusu ilə müqavilə imzalayacaq İtaliyanın Atalanta klubunun futbolçusu Deyan Kulusevski Yuventusa keçməyə çox yaxındır.
Futbol
2 Yanvar , 2020 12:50
Yuventus İsveç millisinin futbolçusu ilə müqavilə imzalayacaq

İtaliyanın "Atalanta" klubunun futbolçusu Deyan Kulusevski "Yuventus"a keçməyə çox yaxındır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək. İsveç millisinin üzvü yeni klubu ilə beş illik müqavilə imzalayacaq.

"Yuventus" Kulusevski üçün 35 milyon avro ödəyəcək. "Atalanta" oyunçunun çıxışına görə əlavə 9 milyon da ala bilər.

Qeyd edək ki, Deyan Kulusevski hazırda icarə əsasında "Parma"da çıxış edir. O, mövsümün sonuna kimi bu komandada qalacaq. 

Son xəbərlər

Orphus sistemi