"Yuventus" derbidə xal itirdi

"Yuventus" derbidə xal itirdi "Yuventus" komandası İtaliya A Seriyasında növbəti xal itkisi ilə üzləşib.
Futbol
493
3 Aprel , 2021 22:00
Yuventus derbidə xal itirdi

"Yuventus" komandası İtaliya A Seriyasında növbəti xal itkisi ilə üzləşib.

"Report"un məlumatına görə, "Qoca Sinyora" XXIX tur matçında "Torino"nun qonağı olub. Turin derbisi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahiblərindən hər iki qolu 27-ci və 46-cı dəqiqələrdə Antonio Sanabriya vurub. Qonaq komandadan isə Federiko Kyeza 13-cü, Kriştianu Ronaldu isə 81-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xalını 55-ə çatdıran "Yuventus" 5-ci pillədə qərarlaşıb. "Torino" isə 23 xalla 17-cidir. Hər iki komanda 27 oyun keçirib. Ronaldu isə 24 qolla bombardirlər siyahısında liderliyini davam etdirir.

Son xəbərlər

Orphus sistemi