"Yuventus"da vacib görüş: Ronaldu və ya Dibala satıla bilər

"Yuventus"da vacib görüş: Ronaldu və ya Dibala satıla bilər İtaliya "Yuventus"u aparıcı futbolçuları Kriştianu Ronaldu və Paulo Dibaladan biriilə yollarını ayıra bilər.
Futbol
13 Avqust , 2020 21:39
Yuventusda vacib görüş: Ronaldu və ya Dibala satıla bilər
Paulo Dibala və Kriştianu Ronaldu

"Yuventus"un aparıcı futbolçuları Kriştianu Ronaldu və Paulo Dibaladan biri ilə yollarını ayıra bilər.

"Report" "Sportmediaset" nəşrinə istinadən xəbər verir ki, yaxın vaxtlarda Turin klubunun yeni baş məşqçisi Andrea Pirlo ilə idman direktoru Fabio Paratiçi arasında bununla bağlı görüş olacaq.

"Qoca sinyora" sözügedən oyunçulardan birini satmaqla yüksək maaş yükündən azad olmaq niyyətindədir.

Portuqaliyalı hücumçunun illik məvacibi 31 milyon avrodur. Argentinalı futbolçu isə "Yuventus"da ilinə 15 milyon avro qazanır.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Barselona"ya təklif olunduğu ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi