"Yuventus" baş məşqçisi ilə yollarını ayırıb

"Yuventus" baş məşqçisi ilə yollarını ayırıb Massimiliano Alleqri növbəti mövsümdə İtaliyanın “Yuventus” komandasının baş məşqçisi olmayacaq.
Futbol
101
17 May , 2019 15:13
Yuventus baş məşqçisi ilə yollarını ayırıb

Massimiliano Alleqri növbəti mövsümdə İtaliyanın “Yuventus” komandasının baş məşqçisi olmayacaq.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis klub prezidenti Andrea Anyelli ilə birgə mayın 18-də bununla bağlı birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Alleqri "Yuventus"a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm "qızı dubl" edən ilk baş məşqçidir.

Son xəbərlər

Orphus sistemi