"Yuventus" baş məşqçi postuna dörd namizədi nəzərdən keçirir

"Yuventus" baş məşqçi postuna dörd namizədi nəzərdən keçirir Bakı. 3 mart. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda öz postunu tərk edə bilər.
Futbol
126
3 Mart , 2019 19:20
Yuventus baş məşqçi postuna dörd namizədi nəzərdən keçirir

Bakı. 3 mart. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda öz postunu tərk edə bilər.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Alleqrinin Turin komandasında işini davam etdirmək ehtimalı 25 faizdən çox deyil.

Bununla əlaqədar olaraq klub rəhbərliyi ona əvəz qismində artıq bir neçə namizədi müəyyən edib.

"Yuventus"un maraq dairəsinə Hosep Qvardiola ("Mançester Siti"), Yurgen Klopp ("Liverpul"), Zinəddin ZidanAntonio Konte (hər ikisi azad agentdir) daxildir.

Daha əvvəl "Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi səfər oyununda "Atletiko Madrid"ə 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi