"Yuventus" "Barselona"nın müdafiəçisi Mirandanı almaq istəyir

"Yuventus" "Barselona"nın müdafiəçisi Mirandanı almaq istəyir Turinin Yuventus klubu Barselonanın müdafiəçisi Xuan Miranda ilə maraqlanır.
Futbol
8 Yanvar , 2020 08:33
Yuventus Barselonanın müdafiəçisi Mirandanı almaq istəyir

Turinin "Yuventus" klubu "Barselona"nın müdafiəçisi Xuan Miranda ilə maraqlanır.

“Report”un məlumatına görə, bu barədə”Sport.es” bildirib.

Məlumata görə, italyan klubu hələ 2019-cu ilin yayında futbolçunu almağa çalışıb, amma "Barselona" yalnız icarəyə razı olub.

Qeyd edilir ki, "Yuventus" yenidən oyunçuyla maraqlanmağa başlayıb. Turin klubu müdafiəçi üçün 10 milyon, həmçinin bonuslar kimi 5 milyon avro ödəməyə hazırdır.

On doqquz yaşlı Miranda "Barselona"nın yetirməsidir. Yay transfer pəncərəsinə futbolçu icarə əsasında "Şalke-04”ə keçib. Transferin müddəti iki il üçün nəzərdə tutulub.

Miranda hazırkı mövsümdə Almaniya çempionatının üç matçında iştirak edib. O, iştirak etdiyi qarşılaşmalarda səmərəli ötürmələri ilə seçilib. "Barselona”nın futbolçu ilə müqaviləsi 2021-ci il ilə qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi