"Yuventus" "Atletiko" ilə matçın bilet satışından rekord gəlir əldə edib

"Yuventus" "Atletiko" ilə matçın bilet satışından rekord gəlir əldə edib İtaliyanın Yuventus klubu Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya Atletikosu ilə evdə keçirdiyi cavab oyunu üçün bilet satışı gəlirinin rekord həddə çatdığını açıqlayıb.
Futbol
13 Mart , 2019 15:27
Yuventus Atletiko ilə matçın bilet satışından rekord gəlir əldə edib

İtaliyanın "Yuventus" klubu Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Atletiko"su ilə evdə keçirdiyi cavab oyunu üçün bilet satışı gəlirinin rekord həddə çatdığını açıqlayıb.

"Report" Turin təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, klub bu oyundan 5,5 milyon avro qazanıb.

Turinlilərin əvvəlki rekordu bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində İngiltərə "Mançester Yunayted"inə 1:2 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb. Həmin vaxt bilet satışından 5 milyon avro gəlir əldə olunub.

Qeyd edək ki, "Yuventus" 1/8 final mərhələsinin ilk matçında rəqibinə 0:2 hesabı ilə uduzsa da, İtaliyadakı qarşılaşmada ulduz futbolçusu Kriştianu Ronaldunun "het-trik"i sayəsində növbəti mərhələyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi