"Yuventus" "Arsenal"ın Remsi ilə Benatianı dəyişmək təklifini rədd edib

"Yuventus" "Arsenal"ın Remsi ilə Benatianı dəyişmək təklifini rədd edib Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin Arsenal klubu uelsli yarımmüdafiəçi Aaron Remsini İtaliya Yuventusunun mərakeşli müdafiəçisi Mehti Benatia ilə dəyişmək barədə razılıq əldə edə bilməyib.
Futbol
6 Yanvar , 2019 03:49
Yuventus Arsenalın Remsi ilə Benatianı dəyişmək təklifini rədd edib

Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubu uelsli yarımmüdafiəçi Aaron Remsini İtaliya "Yuventus"unun mərakeşli müdafiəçisi Mehti Benatia ilə dəyişmək barədə razılıq əldə edə bilməyib.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Remsi ilə şəxsi müqavilənin şərtlərini razılaşdıran Turin klubu xavbeki "qış transfer pəncərəsi"ndə əldə etmək istəyib.

"Arsenal" xavbeki yanvarda yalnız Benatianın əvəzində buraxmağa hazır olub, lakin rədd cavabı alıb.

Son xəbərlər

Orphus sistemi