"Yuventus" argentinalı futbolçunun müqaviləsini yeniləmək istəmir

"Yuventus" argentinalı futbolçunun müqaviləsini yeniləmək istəmir Turin təmsilçisi 28 yaşlı hücumçuya etdiyi təklifi geri götürüb
Futbol
6 Aprel , 2021 10:34
Yuventus argentinalı futbolçunun müqaviləsini yeniləmək istəmir
Paulo Dibala

İtaliyanın "Yuventus" klubu futbolçusu Paulo Dibalanın müqaviləsini yeniləməmək qərarına gəlib.

"Report" "Calcio Mercato" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı hücumçuya etdiyi təklifi geri götürüb.

Argentinalı oyunçu illik 10 milyon avro qazanmaq şərti ilə komandada qalmaq istəyir.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"un formasını geyinir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Forvard daha əvvəl intizamsız davranışına görə cəzalanıb.

Son xəbərlər

Orphus sistemi