"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir

"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.
Futbol
11 Noyabr , 2019 13:20
Yuventus 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir

İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.

“Report” xəbər verir ki, bu barədə “Sky Sport Italia”ya Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bildirib. 

Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındırlar.

İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.

Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi