“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi

“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi "Yuventus" klubunun idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.
Futbol
22 Noyabr , 2020 11:34
“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi
Kriştianu Ronaldu

"Yuventus" klubunun idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.

Bu barədə "Report" "Goal"a istinadən xəbər verir.

"Sizi inandıra bilərəm ki, Kriştianu Ronaldu "Yuventus"da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır", - Paratiçi bildirib.

Daha əvvəl Ronaldunun 2021-ci ildə Turin "Yuventus"undan mümkün gedişi haqqında bildirilib. Eyni zamanda Kriştianu Ronaldunun yenidən İngiltərənin "Mançester Yunayted" klubuna qayıda biləcəyi barədə xəbər yayılıb.

Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra İspaniya "Real Madrid"inə keçən futbolçu 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, mankunianların heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi